Azərbaycanda iki piyadanı maşın vuraraq öldürüb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 14-də saat 18 radələrində Sabunçu rayonu ərazisində Zabrat qəsəbə sakini Nəsib Orucov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Həsənovu vurub.
R.Həsənov oktyabrın 15-də N.Orucovun evində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.
Digər ölümlə nəticələnən hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Oktyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Azad Allahverdiyev vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Ağa AKİFOĞLU