Modern.az

Pakistan baş nazirinin Bakı səfəri başa çatdı

Pakistan baş nazirinin Bakı səfəri başa çatdı

Aktual

15 Oktyabr 2016, 12:33

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...