Modern.az

Rəsmi Bakı Putinin köməkçisinin sözlərinə etiraz etdi: "Yerinə düşmür"

Rəsmi Bakı Putinin köməkçisinin sözlərinə etiraz etdi: "Yerinə düşmür"

Aktual

15 Oktyabr 2016, 14:44

“Güman edirəm ki, həmsədr dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür”.

 

Modern.az məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib.

 

Ə.Əhmədov qeyd edib ki, bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də təxminən buna bənzər bəyanat səsləndirilmişdi: “Həm Azərbaycan ictimaiyyətinin, həm də hökumətinin bu bəyanatlara kifayət qədər sərt reaksiyaları oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayır. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir”.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı