Modern.az

BMT Haitidə aclıq gözləyir

BMT Haitidə aclıq gözləyir

Aktual

15 Oktyabr 2016, 15:47

“Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib”.

 

Modern.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib:

 “Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləcəyi deməkdir”.

 

BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib. BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı