Modern.az

Divarı sökərək oğurluq etmək istədi, yaxalandı

Divarı sökərək oğurluq etmək istədi, yaxalandı

Aktual

15 Oktyabr 2016, 16:55

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazadan oğurluq etməkdə şübhəli bilinən Aqşin Tahirov tutulub.

 

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.

 

Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub. Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...