Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 18 yaşlı İsabala Allahverdiyev naməlum şəraitdə bıçaqlanıb. O, yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat olunan gəncin həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Modern.az