Modern.az

Qəzada ölən bank işçisinin vəsiyyəti: var-dövləti xeyriyyə işlərinə xərclənəcək

Qəzada ölən bank işçisinin vəsiyyəti: var-dövləti xeyriyyə işlərinə xərclənəcək

Aktual

15 Oktyabr 2016, 23:14

Xəbər verdiyimiz kimi, dünən Bakının Yasamal rayonu, Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü piyadanın ölümünə səbəb olub. Modern.az saytı xəbər verir ki, criminal.az-ın məlumatına görə, qəza nəticəsində həyatını ititrən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlu olub.

 

O, açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, Fariz Abbasov Bakıda uzun illər sığorta və bank sektorunda çalışıb. O, daha öncə Beynəlxalq Sığorta Şirkətinin icraçı-direktoru olub. 

 

Criminal.az saytı xəbər verir ki, mərhum F.Abbasov subay olub. Onun yas mərasimi dostları tərəfindən təşkil olunub. Ailəsi olmayan F.Abbasov tanınmış banklarda yüksək vəsifə sahibi olub. O, sağlığında yazdığı vəsiyyətində var-dövlətinin, mülkünün xeyriyyə işlərinə sərf edilməsini yazıb.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı