Modern.az

Tovuzda ağır qəza: yaralılar var

Tovuzda ağır qəza: yaralılar var

Aktual

16 Oktyabr 2016, 00:20

Tovuzda kartof daşıyan yük maşını qəzaya düşüb. Modern.az saytı xəbər verir ki, “Report”-un məlumatına görə, hadisə geçə saatlarında Bakı-Qazax yolunun Aşağı Quşçu Kəndindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini Firdovsi Qarayevin idarə etdiyi “QAZel” markalı yük avtomaşını əks istiqamətdən gələn, Ədalət Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə  toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı