Modern.az

“Türkiyəyə minnətdar olmalıyıq”

“Türkiyəyə minnətdar olmalıyıq”

Aktual

17 Oktyabr 2016, 16:11

“İstiqlalçı deputatlar”ın iştirakı ilə Dövlət Müstəqilliyinin 25-ci ildönümə həsr olunan tədbir keçirilir.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “istiqlalçı deputat” Hacıbaba Əzimov müstəqillik uğrunda mübarizənin çətin sınaqdan keçdiyini deyib.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov isə bildirib ki, 18 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

O qeyd edib ki, Azərbaycan xalqı müstəqilliyi asanlıqla qazanmayıb: "Ölkəmiz müstəqillik yolunda xeyli itki verib, xalq mübarizə aparıb. 1988-ci ildə başlayan xalq hərəkatı sonralar milli azadlıq hərəkatına çevrildi.

 

Mübarizə nəticəsində 1991-ci ildə Azərbaycan müstəqil oldu. Biz Türkiyəyə minnətdar olmalıyıq ki, təhdidlərə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyini tanıdı".

 

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müstəqilliyin böyük hadisə olduğunu vurğulayıb. O bildirib ki, 1990-cı il 20 Yanvar hadisələri sovet imperiyasının dağılmasının qarşısını almağa hesablanıb:

"Əksinə, bu hadisələr sovet imperiyasının dağılmasını sürətləndirdi. Azərbaycan xalqının müstəqilliyinin qarşısını ala Rusiya idi. Tarixən belə olub".

 

Namidə Bingöl

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı