Modern.az

Milli Məclisdə iki yeni təhsil qanunu hazırlanacaq - AÇIQLAMA

Milli Məclisdə iki yeni təhsil qanunu hazırlanacaq - AÇIQLAMA

Aktual

17 Oktyabr 2016, 17:18

“Təhsil haqqında” qanun layihəsini 2009-cu ildə, “Elm haqqında” qanun layihəsini isə 2016-cı ildə qəbul etdik. Bu ay “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin qəbulundan sonra, yaxın aylarda “İlk peşə təhsili haqqında” və “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihələrinin hazırlanmasına başlaycağıq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Deputat bildirib ki  müstəqillik illərindən bu yana “Məktəbəqədər təhsil haqqında” qanun Azərbaycanda ilk dəfə olaraq qəbul olunacaq.

İsa Həbibəyli Elm və təhsil komitəsinin sabah baş tutacaq iclasından da danışıb:

“Müstəqillik illərində Azərbaycanda məkətəbəqədər hazırlıqla bağlı qanun olmayıb.

Biz bu yeni qanunun hazırlanmasına işçi qrup yaradaraq, 1 il bundan qabaq başlamışıq.

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsini hazırlayarkən dünya təcrübəsini əsas götürüb və Azərbaycanın mövcud reallıqlarını da nəzərə almışıq.

Qanun layihəsinin hazırlanmasında əlaqədar təşkilatlar da yaxından iştirak ediblər. “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi komitədə artıq bir neçə dəfə müzakirə olunub.

Sabah artıq qanun layihəsinin yekun müzakirələrindən biridir. Sabahkı komitə iclasında məktəbəqədər təhsilin funksiyaları, vəzifələri, imkanları müzakirəyə çıxarılacaq.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı