Modern.az

Azərbaycanda rektor vəzifədən azad olundu

Azərbaycanda rektor vəzifədən azad olundu

Aktual

17 Oktyabr 2016, 18:23

 

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

 

Modern.az xəbər verir ki, universitetdən APA-ya verilən məlumata görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

 

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı