Modern.az

İsmayıllıda torpaq sürüşməsi - FOTO

İsmayıllıda torpaq sürüşməsi - FOTO

Aktual

17 Oktyabr 2016, 20:02

İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib. Modern.az saytı xəbər verir ki, ARB Şəki-nin məlumatına görə, sürüşmə kənddən 150 metr aralıda olub. Belə ki, dağın yamacında 5 hektar ərazidə torpaq kütləsi fərdi yaşayış evlərinə doğru hərəkət edir.

 

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı