Modern.az

Şəkidə "Mercedes" hasara çırpıldı: piyada öldü, VİDEO

Şəkidə "Mercedes" hasara çırpıldı: piyada öldü, VİDEO

Aktual

17 Oktyabr 2016, 21:18

Şəki ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəkinin Vərəzət kənd sakini 1994-cü il təvəllüdlü İbrahimov Rizvan Etibar oğlu idarə etdiyi "10 XJ 885" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə şəhər istiqamətində olarkən, qəfildən idarəetməni itirib. Bu zaman idarəetmədən çıxan avtomobil yol kənarında yerləşən evlərdən birinin hasarına çırpılıb.

 

Daha sonra isə yol kənarındakı piyada 2001-ci il təvəllüdlü Mustafayev Təmraz Mahir oğlunu vurub. Zərbənin təsirindən hasarın digər tərəfinə düşən piyada elə yerindəcə dünyasını dəyişib. Sürücü ilə yanaşı, avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Həbillayev Valeh Mövlan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər ilk olaraq kənd tibb məntəqəsinə çatdırılıb. Daha sonra isə xəsarət alanlar Şəki MRX-ya çatdırılıb.

 

Hadisənin hansı səbəblərdən baş verdiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

Hazırda faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı