Modern.az

“ABŞ-a nüvə zərbəsi ilə cavab verəcəyik”

“ABŞ-a nüvə zərbəsi ilə cavab verəcəyik”

Aktual

18 Oktyabr 2016, 09:47

ABŞ-ın nüvə silahları bizim sahillərimizdə yerləşir və o bizim ölkəni, liderimiz Kim Çen Inı hədəf alıb. 

Axar.az xəbər verir ki, bunu ABŞ-ın NBC televiziyasına müsahibəsində Şimali Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li En Pi söyləyib. Onun sözlərinə görə, ABŞ tərəfindən nüvə təhdidi bitməyənə qədər Şimali Koreya öz mövqeyindən əl çəkməyəcək:

 

“ABŞ bizə nüvə zərbəsi endirmək istəsə, biz bunu onlardan qabaq edəcəyik. Biz bundan sonra da nüvə sınaqları keçirəcəyik. Pxenyanın addımı ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olacaq”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı