Sentyabrın 20-dən oktyabrın 10-a qədər satışa çıxarılan SOCAR İstiqrazları üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub.
Modern.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
O bildirib ki, istiqrazları alan hər bir investor istədiyi vaxt sahibi olduğu istiqrazları sata bilər:
“Hətta bu gün də istiqrazları sata bilərlər. Bu halda bir günün faizləri belə istiqraz sahiblərinə ödəniləcək".
Onun sözlərinə görə, 2021-ci ilədək SOCAR bazarda buraxılan istiqrazları satmaq istəyən investorlardan nominal qiymətdən - 1000 dollardan alacaq.
Gülşən RAUFQIZI