Modern.az

Bakının mərkəzində uçqun - FOTOLAR

Bakının mərkəzində uçqun - FOTOLAR

Aktual

18 Oktyabr 2016, 11:08

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub.

Azvision.az-ın məlumatına görə, binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib. 

FHN əməkdaşlarının  verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır