Modern.az

Leyla və Arif Yunusların şikayətlərinə baxılacaq

Leyla və Arif Yunusların şikayətlərinə baxılacaq

Aktual

18 Oktyabr 2016, 11:19

 

Leyla Yunus və Arif Yunusun işi üzrə kassasiya şikayətlərinə baxılacaq.

 

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

 

Leyla Yunusovanın Cinayət Məcəlləsinin 178.3.2, 192.2.2, 213.2.2, 320.1, 320.2-ci maddələrilə,  Arif Yunusov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına verilmiş kassasiya şikayətlərinə oktyabrın 26-da, saat 11:00-da Ali Məhkəmənin binasında baxılacaq.

 

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə Yunusovların hər ikisini 5 il şərti cəza ilə azadlığa buraxıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı