Modern.az

Zığ və Masazırda sürüşmə zonaları aktivləşib

Zığ və Masazırda sürüşmə zonaları aktivləşib

Aktual

18 Oktyabr 2016, 11:24

Son günlər yağan intensiv yağışlar nəticəsində Zığ və Masazır sürüşmə sahələrində aktivlik müşahidə edilir. Bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Geoloji kəşfiyyat ekspedisiyasının rəisi Rafiq Həsənov məlumat verib.

 

Onun sözlərinə görə, sürüşmə xüsusilə lokal sahələrdə aktivləşib:

“Sürüşmə sahələrində müşahidə olunan çökmə, oturma prosesləri bütün ərazini əhatə etmir. Lokal ərazilərdəki torpaq qatında olan çatların qırılma qatında nisbi genişlənmələr müşahidə edilir”.

 

Nazirlik rəsmisi yağışlarla əlaqədar sürüşməyə bərabər tutulan subasma hadisələrinin artdığını bildirib:

“Hazırda Sabunçu rayonunun “Şuşa” şəhərciyi deyilən hissəsində intensiv yağışlarla əlaqədar qrunt sularının səviyyəsinin qalxaraq kritik səviyyəyə çatması, ətrafın su ilə basılması müşahidə olunur. Analoji hal həmin rayonun “Savalan” yaşayış massivində və daş karxanasında da yaşanır. Əslində, həmin ərazilərdə qrunt sularının qalxması yeni bir şey deyil. Artıq neçə illərdir ki, hər dəfə yağış yağanda ərazilərdə bu cür problem yaşanır”.

 

Onun sözlərinə görə, Abşeron yarımadasında 14-dən çox sürüşməyə həssas sahələr var:

“Hazırda Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Nərimanov heykəli ətrafında aparılan monitorinqlər nəticəsində aktivləşmə qeydə alınmayıb. Çünki, bu ərazilərdə istinad divarları qurulub, bərkitmə işləri görülüb”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı