Modern.az

Bağçaların idarəçiliyində dəyişiklik olacaq

Bağçaların idarəçiliyində dəyişiklik olacaq

Aktual

18 Oktyabr 2016, 12:50

“Bağçaların idarəçiliyi ali təhsilli və 5 illik təcrübəsi olan şəxs tərəfindən olmalıdır. Ölkədə bu gün ali təhsil səviyyəsi çox inkişaf edib. Biz ali təhsilli şəxsləri bir kənara qoyub, bağçalara ikinci gözlə baxıb texnikum bitirənləri idarəetmənin başına keçirə bilmərik”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin bu günkü iclasında komitə sədri İsa Həbibbəyli deyib.

 

Deputat bildirib ki, əsas məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir:

 

“Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər hazırlıq təhsili 5 yaşlı uşaqlar üçün zəruri hesab olunur, icbari təhsil qaydasında həyata keçirilir”.

 

İ. Həbibbəyli qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib: “Bu gün bir çox idarə və müəssisələrin tərkibində məktəbəqədər təhsil müəssisələri var. Düzdür, onların bir çoxu məkətəhazırlıq qrupları yaratmağa hazır deyil. Lakin bağça funksiyasını yerinə yetirə bilirlər. Layihədə müvafiq icra hakimiyyəti orqanının nəzdində məkətəbəqədər təhsil assosasiyasının yaradılmasını nəzərdə tutan müddəa da öz əksini tapıb. Düzdür, bu ictimai əsaslarla fəaliyyətlərlə işləyən bir qurum olacaq. Bu da işimizə bir çox fayda verə bilər” Qanun layihəsi müzakirələrin yekununda Milli Məclisin plenar iclasına tövsiyə olunub”.

 

“Ali təhsil ocaqları da orta və məktəbəqədər təhsil müəssisləridir”.

Bunu isə deputat Bəxtiyar Əliyev  “Məktəbəqədər təhsil müəssisəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər və öncül praktikaların tətbiqinə yeni imkanlar açar.

“Dünyada belə praktikalar çoxdur və bu praktika öz müsbət səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Ən azından biz qanunda bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın”.

 

Qanun layihəsi müzakirələrin yekununda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı