Modern.az

Putin Berlinə gedir

Putin Berlinə gedir

Aktual

18 Oktyabr 2016, 14:12

Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da Berlinə səfər edəcək.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, səfər “Normand Dördlüyü” çərçivəsində görüşlə bağlı olacaq.

 

“Prezident sabah Berlinə gedəcək və axşam Merkel, Olland və Poroşenko ilə görüşəcək”-deyə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov  deyib.

 

Onun sözlərinə görə, prezident köməkçilərinin dünən axşam və bu gün səhər saatlarında apardıqları iş görüşün keçirilməsinə yardım edib.

 

Görüşdə Minsk razılaşmalarının yerinə yetirilməsi müzakirə olunacaq.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı