Modern.az

İbad Hüseynli: “Qarabağın işğalından sonra bunu özümə və ailəmə qadağan etmişəm”

İbad Hüseynli: “Qarabağın işğalından sonra bunu özümə və ailəmə qadağan etmişəm”

Aktual

18 Oktyabr 2016, 17:33

“Artıq neçə illərdir ki, təmtəraqlı doğum günləri keçirmirəm. Qarabağ işğal olunandan sonra doğum günlərimin keçirilməsinə qadağa qoydum.  Ümid edirəm ki, nöbbəti doğum günlərimi Qarabağda keçirmək mənə qismət olacaq”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan bayrağı” ordenli Qarabağ müharibəsi veteranı İbad Hüseynli deyib.


“Düzdür, bu gün də Türkiyədən, Rusiyadan, Almaniyadan təbrik edənlər oldu. Keçən il 45 yaşımda Türkiyədən dostlar bura gəlmişdi. Amma mən onların gəlişi ilə də doğum günümü qeyd  etmədim. Artıq neçə illərdir ki, ailə üzvlərim, həyat yoldaşım, uşaqlar buna alışıblar. Bir də görürsünüz ki, uşaqlar tort alırlar. Amma o tortu “ad günümdür” deyə kəsmirəm. Həm də doğum günüm elə bir tarixə təsadüf edir ki, ən böyük təbrik  Azərbaycan xalqına düşür. Bu gün müstəqilliyimizin 25-ci ildönümü tamam olur. Biz buna sevinirik. Gün o gün olsun ki, torpaqlarımızın azadlığını bu formada qeyd edək”.


Qarabağ müharibəsində kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş İbad Hüseynli haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib. Bu film onun məşhur erməni terrorçu komandiri Monte Melkonyanın başını kəsərək öldürdüyünə görə lentə alınıb.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı