Prezident İlham Əliyev Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovu təltif edib. Modern.az xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah deputat V.Ələsgərovun doğum günüdür. Onun 70 yaşı tamam olur.
Modern.az