Modern.az

Qusar bazarındakı yanğın söndürülüb

Qusar bazarındakı yanğın söndürülüb

Aktual

18 Oktyabr 2016, 18:21

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Məlumata əsasən, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əvvəlcə 3, daha sonra 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

 

Hadisə nəticəsində bazarın 200 kv.m-lik sahəsi yanıb.

 

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

 

Hazırda yanğının yayılmasının qarşısı alınıb.

 

Yanğının bazarın paltar satılan mağazalarından birindən başladığı bildirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!