Modern.az

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Aktual

18 Oktyabr 2016, 20:42

Oktyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Modern.az saytı xəbər verir ki, Türkiyə prezidenti Azərbaycan prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

 

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı