Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyaya səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA" və "AERO Vodochody" şirkətlərini ziyarət edib.
Modern.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib. Onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.
Modern.az