Modern.az

Şəmkirdəki qatar qəzasının görüntüləri yayılıb - VİDEO

Şəmkirdəki qatar qəzasının görüntüləri yayılıb - VİDEO

Aktual

18 Oktyabr 2016, 21:18

Şəmkirdə Gürcüstandan Bakıya yük aparan qatar qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, hadisə bu gün saat 12.30 radələrində Zəyəm Dəmiryolu Stansiyasının ərazisində baş verib.

 

Gürcüstan-Bakı marşrutu üzrə hərəkət edən qatarın 4 vaqonu relsdən çıxaraq aşıb. Baş vermiş hadisə digər qatarların hərəkətinə də maneə törədib.

 

Hazırda qatarlar bir yolla hərəkət edirlər. "Azərbaycan Dəmiryolları" QSC-nin müvafiq struktur bölmələri qəzanın fəsadlarının aradan qaldırılmasına çalışırlar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı