Modern.az

Bakıda daha iki qəza baş verdi - səbəb açıqlandı

Bakıda daha iki qəza baş verdi - səbəb açıqlandı

Aktual

19 Oktyabr 2016, 10:00

Oktyabrın 18-də Bakıda 2 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İcitmaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Şöbə rəisi qəza nəticəsində 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edib:

“Qəzalara səbəb hava şəratinin nəzərə alınmaması və nəticədə toqquşma baş verməsidir”

 

Qeyd edək ki, hava və meteroloji şərait nəzərə alınmadığından paytaxtda 22 yol nəqliyyat hadisəsi baş verib. Eyni zamanda bir nəfərin xəsarət alması ilə nəticələnən toqquşma qeydə alınıb.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı