Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi bəyanatla çıxış edib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, bəyanat Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan xalqına ünvanlanıb.
Təbrik bəyanatında deyilir:
Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirik.
Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir. Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə etmişdir və biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəklərini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq olaraq qalır.
Əsrin dörddə biri qədər mövcüd olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar”.
Modern.az