Modern.az

Dələduzluqda təqsirləndirilən hakim azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən hakim azadlığa buraxıldı

Aktual

19 Oktyabr 2016, 11:08

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Modern.az
xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə F.Rzayevin barəsində  Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. O, 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsinin hakimi olub, bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.


Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı