70 Nobel mükafatı laureatı açıq məktub yazaraq ABŞ prezidentliyinə Demokratlar partiyasının namizədi Hillari Klintonu dəstəklədiklərini bəyan edib.
“Bizim azadlığımızı saxlamaq, Konstitusiya idarəçiliyi formasını, bizim milli təhlükəsizliyimizi qorumaq, eləcə də bizim millətin daha yaxşı gələcək üçün işləyə bilməsi üçün Hillari Klintonun Birləşmiş Ştatların növbəti prezidenti seçilməsi vacibdir, - Modern.az xarici mediaya istinadən xəbər verir ki, məktibda bildirilir.
Məktubu imzalayanlar arasında 2016-cı ilin Nobel laureatları Oliver Xart (iqtisadiyyat) və Ceyms Freyzer (kimya) da var.
Modern.az