Modern.az

Deputatdan İTTİHAM: Ermənistanda dərman sahəsində əsl mafiyadır

Deputatdan İTTİHAM: Ermənistanda dərman sahəsində əsl mafiyadır

Aktual

19 Oktyabr 2016, 13:59

Ermənistanda dərman preparatlarının istehsalı və idxalı sahəsində əsl mafiya hökm sürür. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu ağır ittihamla parlamentin oktyabrın 19-da keçirilən iclasında Erməni milli konqresinin fraksiyasının katibi Aram Manukyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistanda ağrıkəsicilərin əksəriyyəti saxtalaşdırılır.

“Həkimlər özləri burada alınan dərman preparatlarından istifadə etməməyi məsləhət görür. Bu sahədə əsl dərəbəylik hökm sürür. Bu sahəyə kim nəzarət etməlidir”, - Aram Manukyan bu sualına cavab istəyib.

Deputat əlavə edib ki, məhz buna görə adamlar dərman preparatlarını xaricdən almağa məcburdurlar.


Modern.az 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı