Argentina futbol çempionatının dördüncü divizionunda çıxış edən “Deportivo Merlo” klubunun hücumçusu Emanuel Franses oyunda baş hakimin köməkçisi olan qadıni vurub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Arxentinos Kilmes”lə görüş bu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Deporytivo”nun futbolçuları oyunun gedişində hakimlərin fəaliyyəti ilə bağlı narahatlıqlarını bəyan ediblər. Oyunun baş hakimi Xorxe Broqqi qalib komandanın qapısına vurulan iki qolu ləğv edib.
Görüş başa çatandan sonra “Deportivo”nun oyunçusu Emanuel Franses yan hakim Mariya Euxeniya Rokkonun yanına gedərək boynundan bərk zərbə vurub. Zərərçəkən tribuna altındakı yerə sığınıb. Onun ayaqyoluna girərək polis gələnə qədər orada gözlədiyi bildirilir.
Modern.az