Modern.az

Göygöldə iki azyaşlı dəm qazından boğularaq ölüb

Göygöldə iki azyaşlı dəm qazından boğularaq ölüb

Aktual

19 Oktyabr 2016, 20:14

Göygöldə dəm qazından zəhərlənmə olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

 

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

 

Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır  olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi