Modern.az

10 bank üzrə 498 mln. manatdan çox kompensasiya ödənildi

10 bank üzrə 498 mln. manatdan çox kompensasiya ödənildi

Aktual

20 Oktyabr 2016, 09:35

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən oktyabrın 19-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 977 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  18 mln. 70 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.

 

Fonddan Modern.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 743 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

 

Oktyabrın 19-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.

 

Həmin tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə ödənilən kompensasiya məbləği 145 mln. 38 min manatdan artıq olub.

 

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə isə 232 mln. 469 min manat artıq kompensasiya ödənilib.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə ödənilən kompensasiya məbləği 498 mln. 126 min manat təşkil edib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı