FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Modern.az saytı xəbər verir ki, ötən ayla müqayisədə komandamız 45 pillə irəliləyib və hazırda 404 xalla 88-ci pillədə qərarlaşıb.
Azərbaycan milli komandası tarixində ilk dəfədir birdən-birə reytinqdə bu qədər irəliləyə bilib. Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.
Modern.az