Modern.az

Rusiyadan İlham Əliyevin Suriya ilə bağlı açıqlamasına rəsmi REAKSİYA

Rusiyadan İlham Əliyevin Suriya ilə bağlı açıqlamasına rəsmi REAKSİYA

Aktual

20 Oktyabr 2016, 18:09

Suriya məsələsində beynəlxalq birliyin Rusiyanı dəstəkləməsi regionda baş verənlərə real yanaşmadan xəbər verir.

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Suriya məsələsində Azərbaycanın Rusiyanın mövqeyini dəstəkləməsi məsələsini şərh edərkən deyib.

"Rusiya üçün ölkələrin yanaşmalarında KİV-də olan informasiya kampaniyasına deyil, faktiki vəziyyətə əsaslanmaları önəmlidir",-deyə o bildirib. 

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Suriya münaqişəsinin həlli ilə bağlı yürütdüyü siyasəti dəstəklədiyini bildirmişdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı