Modern.az

“Otto” qasırğası 9 nəfərin həyatına son qoyub

“Otto” qasırğası 9 nəfərin həyatına son qoyub

Aktual

26 Noyabr 2016, 00:52

“Otto” qasırğası 9 nəfərin həyatına son qoyub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Kosta-Rikada bundan əvvəl də təbii fəlakətdən 4 nəfərin öldüyü bildirilirdi. Ölkədə üçgünlük matəm elan edilib. Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Artıq təbii fəlakətlə əlaqədar 2 500 nəfər evakuasiya edilərək təhlükəsiz ərazilərə köçürülüb.

Qeyd edək ki, Panamada “Otto” qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində 50 yaşayış evi dağılıb. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...