Modern.az

2 nəfər Beynəlxalq Bankın rəhbərliyindən çıxarıldı

2 nəfər Beynəlxalq Bankın rəhbərliyindən çıxarıldı

Aktual

23 Dekabr 2016, 12:56

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Modern.az "APA-Economics"ə istinadən xəbər verir ki, bankın baş direktoru Hidayət Sultanov işdən çıxarılıb. Bankın baş direktorlarının sayı 3-dən 2-yə enib.

Bundan başqa, müştəri xidməti departamentinin direktoru Rasim Əkbərov tutduğu vəzifədən kənarlaşdırılıb. Onu Cahangir Axundov əvəzləyib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl "Qara bazar"la bağlı bankın İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən azad olunmuşdu.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı