Modern.az

Trampın fərmanına görə 720 əcnəbi ABŞ-a buraxılmayıb

Trampın fərmanına görə 720 əcnəbi ABŞ-a buraxılmayıb

Aktual

31 Yanvar 2017, 23:35

ABŞ prezidenti Donald Tramp miqrasiyaya dair fərman imzaladıqdan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ABŞ gömrük-sərhəd xidmətinin rəisi Kevin Makalinenin sözlərinə görə, fərman qüvvəyə mindiyi ilk 72 saat ərzində ölkəyə 1 milyon insan gəlib: “Onlardan 500 min nəfəri əcnəbidir. Biz vizası olan, lakin fərmanın əhatə etdiyi ölkələrdən olan 721 sərnişinin ölkəmizə gəlişinə qadağa qoyduq. Ölkəyə buraxılmasına icazə verilməsi üçün həmin ölkələrdən olan daha 1060 şəxsin işi hazırda araşdırılmaqdadır. Həmin şəxslər ABŞ-da yaşayış hüququ verən  “Qrin kart”a sahibdirlər. Digər kateqoriyalardan olan daha 75 şəxsə icazə verilib”.   

 

Makalinen bildirib ki, bu həftə ərzində statusu təsdiqlənmiş 872 qaçqının ölkəyə gəlişi gözlənilir.  Onların şəxsi işləri araşdırıldıqdan sonra ölkəyə buraxılacaqlar.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı