Modern.az

Bakıda binada YANĞIN:  sakinlər təxliyyə olundu

Bakıda binada YANĞIN:  sakinlər təxliyyə olundu

Aktual

1 Fevral 2017, 09:45

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan idarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Yanğın zamanı Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!