Modern.az

Xınalıqda 20 dərəcə şaxta var, qar dərsləri dayandırmayıb - FOTOLAR

Xınalıqda 20 dərəcə şaxta var, qar dərsləri dayandırmayıb - FOTOLAR

Aktual

1 Fevral 2017, 10:26

Bir neçə gündür ki, paytaxt da daxil olmaqla, bölgələrə qar yağır. Dünəndən başlayaraq, qarın yağması  intensivləşib.

Modern.az saytı bölgələrdəki vəziyyətlə maraqlanıb. Qubanın Xınalıq kəndində yerləşən məktəbin müəllimi Ənvər Hacıməmmədov orada şaxtalı havanın hökm sürdüyünü deyib.

“Xınalıqda bu dəqiqə şaxtalı hava hökm sürür. 19-20 dərəcə şaxta var, 10-15 sm qalınlığında qar yağıb. Güclü şaxta olduğundan qarın miqdarı  azdır”.

Məktəbin müəllimi qarlı və şaxtalı havanın olmasına baxmayaraq, uşaqların dərsə davamiyyətinin normal olduğunu deyib.

“Uşaqların davamiyyəti normaldır. Sadəcə, neçə gündür ki, kənddə qrip virusu yayılıb. Uşaqların bir qismi ona görə xəstələnib. Həm də dərslər bu gün başlayıb. Uşaqların hamısı dərsdədir”.


Quba rayonun icra başçısının müavini Yusif Abidov da Modern.az-a açıqlamasında qarın rayonda problem yaratmadığını deyib.

“Qubada qarın yağmasına baxmayaraq, rayonda hələ ki, problem yaranmayıb. Yollar açıqdır. Quba-Xınalıq yolu da bağlanmayıb. Rayona elektrik və qaz verilməsində heç bir problem yoxdur. Düzdür, əvvəllər qar yağanda tez-tez işıqlar sönürdü. Elektrik xəttində problem yaranırdı. Şükürlər olsun ki, hər şey qaydasındadır. Hələlik, təhlükəli vəziyyət yaranmayıb”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı