“Hal-hazırda Lerikdə qarın yağması davam edir. Hələ ki, ciddi problem yaratmayıb”. Bunu Modern.az-a açıqlamasında Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
“Lənkəran-Lerik yolu və kəndlərə gedən yol açıqdır. Yol istismar idarəsinin texnikaları iş başındadırlar. Yolları qardan təmizləyirlər. İşıq, qaz, su problemi də yaranmayıb. Lənkərana 30-35 sm qar düşüb. Dağlarda isə 40-50 sm qar yağıb. Gecə 8-12 dərəcə şaxta var idi”.
Habil Məlikov rayonda sürüşmənin olub-olmamasından da danışıb:
“Hal-hazırda sürüşmə təhlükəsi Lerik-Lənkəran yolunda ola bilər. Hal-hazırda ora da qar yağır. Güman ki, qar əriyəndən sonra hansısa problem baş qaldıra bilər”.
Namidə BİNGÖL