“Azərbaycan haqlı olaraq, bloqqer Aleksandr Lapşin haqqında cinayət işi açdı. Azərbaycan onu mühakimə etmək hüququnu özündə saxlayır”.
Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, bu, Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil edənlərə bir mesajdır.
Deputat söyləyib ki, Azərbaycan yalnız Xarici İşlər Nazirliyi səviyyəsində işğal altında olan torpaqlara qanunsuz səfər edənlər “qara siyahı”ya salınır.
Onun sözlərinə görə, bu, kifayət deyil və ayrıca qanunverici sənəd hazırlanmalıdır.
“Azərbaycan Dağlıq Qarabağa səfərlər təşkil etsə, bu zaman Ermənistan mane olacaq. Çünki nəzarət onlardadır. Bununla da, biz icazə versək, Ermənistan qoymasa, həmin şəxslərdə Ermənistana qarşı fikirlər formalaşacaq”.
Aqşin Kərimov