Modern.az

Azərbaycanda qardaş qardaşı güllələyib: 1 ölü, 1 yaralı - TƏFƏRRÜAT

Azərbaycanda qardaş qardaşı güllələyib: 1 ölü, 1 yaralı - TƏFƏRRÜAT

Aktual

1 Fevral 2017, 12:35

Yanvarın 31-də Biləsuvar rayonunun Amankənd kəndində, kənd sakini Azər Əliyevlə aralarındakı münaqişə ilə əlaqədar onun həyətinə gələn qonşusu, əvvəllər məhkum olunmuş Asim Əliyev tüfəngdən açdığı atəşlə Azərin oğlu Şahinə və onu geri qaytarmaq üçün hadisə yerinə gələn öz qardaşı Adilə xəsarət yetirib.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, nəticədə Adil hadisə yerində ölüb, baş nahiyəsindən xəsarət alan Şahin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asim Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 7 ədəd patron götürülüb



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı