Modern.az

“Böyük İpək Yolu” BMT-də təmsil olundu

“Böyük İpək Yolu” BMT-də təmsil olundu

Aktual

1 Fevral 2017, 13:38

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi BMT-nin İqtisadi və Sosial Şurasının Gənclər Forumunda iştirak edir. Artıq 6-cı dəfədir ki, keçirilən Forumun builki mövzusu “Yoxsulluğun aradan qaldırılmasında gənclərin rolu” olub.

 

Forumda həm müxtəlif dövlətlərin rəsmi şəxsləri, həm də BMT-nin gənc səfirləri və QHT nümayəndələri iştirak edir. Gender bərabərliyi, təhsil, sağlam həyat tərzi, iqlim dəyişiklikləri kimi mövzuların müzakirə edildiyi Forumda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə müzakirələr ön planda olub.

 

 Müzakirələr zamanı çıxış edən Baş katib Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Milli Komissiyanın yaradıldığını diqqətə çatdırıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı