Modern.az

İran prezidenti: “Tramp dünyada nə baş verdiyini anlamır”

İran prezidenti: “Tramp dünyada nə baş verdiyini anlamır”

Aktual

1 Fevral 2017, 13:55

İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni dövlət başçısı Donald Trampın siyasətdə yeni olduğunu və dünyada baş verənləri anlamadığını bəyan edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, Ruhani “Tramp – siyasətdə yeni adamdır”, -  deyə qeyd edib.

Onun fikrincə, ABŞ prezidenti buna qədər tamamilə başqa dünyada yaşayıb və indi tamamilə tanış olmadığı vəziyyətlə üzləşib: “Bir müddət keçəcək, o, dünyada həqiqi mənada nələr baş verdiyini başa düşəndə, bu, ABŞ-a böyük qiymətə başa gələcək”.

 

İran prezidentinin bu şərhi Donald Trampın bəzi İslam ölkələrindən, o cümlədən İrandan ABŞ-a mühacirətin məhdudlaşdırılması haqda imzaladığı qanun olub.

“İndi adamları bölmək vaxtı deyil”, - Ruhani bəyan edib.

 

O, əlavə edib ki, Tehran Amerika liderinin bu qərarına qarşı lazım olan cavab tədbirlərini görəcək.  

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...