Modern.az

Suriyada türk hərbçilərə hücum: 2 ölü, 15 yaralı 

 Suriyada türk hərbçilərə hücum: 2 ölü, 15 yaralı 

Aktual

8 Fevral 2017, 14:39

Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçiləri ilə İŞİD terror qruplaşmalarının üzvləri arasında şiddətli atışma olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 2 türk həbçi ölüb, 15-i yüngül xəsarət alıb.

58 İŞİD üzvünün məhv edildiyi bildirilir.

Həmçinin Türkiyə Silahlı Qüvvələrinin apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində strateji təpələr ələ keçirilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...