Modern.az

Paytaxtda yanğın: Ev sahibi xilas edildi

Paytaxtda yanğın: Ev sahibi xilas edildi

Aktual

10 Fevral 2017, 00:10

Paytaxtın  Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində baş verib. Nəticədə vətəndaşa məxsus 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!