Modern.az

İran səfiri: “Tehranla Azərbaycan arasındakı əməkdaşlıq strateji əhəmiyyətlidir”

İran səfiri: “Tehranla Azərbaycan arasındakı əməkdaşlıq strateji əhəmiyyətlidir”

Aktual

9 Fevral 2017, 23:30

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – İslam İnqilabının 38-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 38 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. O deyib ki, İran və Azərbaycan arasındakı konstruktiv əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Mövcud əlaqələrin daha da genişləndirilməsi ölkələrimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Son zamanlar iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər əlaqələrimizin daha da genişlənməsinə təkan verib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı