Modern.az

Keçmiş prezidenti həbs gözləyir

Keçmiş prezidenti həbs gözləyir

Aktual

10 Fevral 2017, 09:35

Perunun eks-prezidenti Alexandro Toledo haqqında məhkəmə həbs cəzası seçilməsi barədə qərar qəbul edib.

Modern.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, eks-prezident Braziliyanın məşhur tikinti şirkəti "Odebrecht"lə bağlı rüşvət qalmaqalında ittiham olunur.

Qərarın beynəlxalq xarakter daşıdığı bildirilir. Məhkəmə bu qərarla Peru Prokurorluğunun Toledo haqqında 18 aylıq həbs seçilməsi iddiasını təmin etmiş olur.

Qeyd edək ki, eks prezidentin hazırda Fransada olduğu bildirilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı